...

Bakıda məqsədimiz müzakirələr və qətnamələr vasitəsilə rəqəmsal dayanıqlığı gücləndirməkdir - Dorin Boqdan-Martin

İqtisadiyyat Materials 17 Noyabr 2025 10:50 (UTC +04:00)
Bakıda məqsədimiz müzakirələr və qətnamələr vasitəsilə rəqəmsal dayanıqlığı gücləndirməkdir - Dorin Boqdan-Martin
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bizim məqsədimiz müzakirələr və qətnamələr vasitəsilə rəqəmsal dayanıqlığı gücləndirməkdir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişaf Konfransında (“WTDC-25”) Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (BERİ) baş katibi Dorin Boqdan-Martin çıxışında söyləyib.

Baş katib vurğulayıb ki, rabitə bu gün insanlığın fərdi və kollektiv dayanıqlığının təməl daşıdır və gələcəkdə də belə olaraq qalacaq.

O deyib ki, internet şəbəkəsinə çıxış bir uşaq üçün təhsil almaq imkanı, yeni biznes üçün mobil texnologiyalardan istifadə etməklə ən vacib xidmətləri göstərmək şansı, gələcək ana üçün həyati vacib tibbi məlumatlara çıxış, gənclər üçün isə layiqli qazanc əldə etmək üçün tələb olunan bacarıqlara yiyələnmək imkanı deməkdir.

“Burada, Bakıda bizim vəzifəmiz bu ehtiyacların ödənilməsinə kömək etmək və siyasi müzakirələrimiz və qətnamələrimiz vasitəsilə dayanıqlılığı gücləndirməkdir”, – deyə o qeyd edib.

Boqdan-Martinin sözlərinə görə, “WTDC-25”in məqsədi rəqəmsal imkanları hər kəs üçün əlçatan və mənalı etmək, sürətlə dəyişən texnoloji dünyada heç kimin geridə qalmaması üçün şərait yaratmaq və qlobal rəqəmsal inkişaf gündəminə yeni nəfəs verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti