Bakı. Trend:
“Tesla”nın rəhbəri İlon Mask “Windows” əməliyyat sisteminə (ƏS) yönələn tənqidlərə qoşulub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Media nümayəndələri bildiriblər ki, 14 noyabrda sosial şəbəkələrdə məşhur blogerlərin iştirakı ilə “Windows”un süni intellektin (Sİ) yeni funksiyalarını təqdim edən reklam yayımlanıb.
“Microsoft”un reklam çarxları bir çox istifadəçi tərəfindən mənfi qarşılanıb və tənqid olunub, onları tənqid edənlər arasında “Tesla” və “SpaceX” kimi texnologiya nəhənglərinin rəhbəri İlon Mask da yer alır.
İlk reaksiya verənlərdən biri “Fortnite” oyununu hazırlayan “Epic Games” şirkətinin rəhbəri Tim Suinni olub. O, “Microsoft”dan tapşırıq panelini “Windows 10”da olduğu kimi yenidən vertikal yerləşdirməyə imkan verməyi və hesab yaratma tələbinin ləğv edilməsini istəyib.
İlon Mask da tənqidlə razılaşaraq xüsusilə hesab yaradılmasını və iradın doğru olduğunu bildirib.
