...

Növbəti tədris ilində Qarabağ Universitetində STEAM fənləri üzrə müəllim hazırlığı başlanılacaq

Cəmiyyət Materials 17 Noyabr 2025 11:47 (UTC +04:00)
Növbəti tədris ilində Qarabağ Universitetində STEAM fənləri üzrə müəllim hazırlığı başlanılacaq

Bakı. Trend:

5 il ərzində STEAM yüz minlərlə nəfəri əhatə edib.

Trend xəbər verir ki, bunu bu gün Elm və Təhsil naziri Emin Əmrullayev Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, STEAM mərkəzləri ölkə üzrə 21 bölgəni əhatə edir:

"Bu layihə 300 mindən artıq şagirdi əhatə edir. 3-9-cu siniflər üzrə şagirdlərin dörddə bir hissəsi artıq bu layihəyə cəlb edilib. Biz yeni tikilən və təmir olunan məktəblərdə də bu layihənin əhatəsinə çalışırıq. STEAM artıq bir təhsil islahatıdır".

"2027-2030-cu illər strategiyasında STEAM Azərbaycan təhsilinin əsas məzmununa çevriləcək. Növbəti tədris ilində isə Qarabağ Universitetində STEAM üzrə ayrı-ayrı fənnlərin müəllim hazırlığına başlanılacaq", - Əmrullayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti