...

Qazaxıstanın rəqəmsal inkişaf nümayəndə heyəti Azərbaycanda kibertəhlükəsizlik təcrübəsi ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2025 10:28 (UTC +04:00)
Qazaxıstanın rəqəmsal inkişaf nümayəndə heyəti Azərbaycanda kibertəhlükəsizlik təcrübəsi ilə tanış olub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini Dosjan Musaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Elektron Təhlükəsizlik Xidmətindəndən Trend-ə verilən məlumata görə, qonaqlar əvvəlcə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə tanış olublar.

Bildirilib ki, onlara mərkəzin fəaliyyəti, tədris proqramları barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Elektron Təhlükəsizlik Xidmətində də olub. Görüşdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qonaqlar daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olublar.

Nazir müavini Samir Məmmədovla görüşdə Azərbaycanda kibermərkəzlərin təşkili və fəaliyyət prinsipi barədə məlumat verilib.

Qazaxıstan tərəfi Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti