Bakı. Trend:
Türkiyə Sahil Mühafizəsi İzmir əyalətinin Seferihisar rayonu sahillərində mühərriki sıradan çıxan şişmə qayıqdan 34 qanunsuz miqrantı xilas edib.
Trend xəbər verir ki, təhlükə siqnalından sonra əraziyə xilasetmə qayığı göndərilib və onların arasında 14 uşaq da olmaqla bütün şəxslər sahilə çıxarılıb.
Bundan başqa, Menderes bölgəsində sahil mühafizəsi əməkdaşları yetkinlik yaşına çatmayanlar da daxil olmaqla daha yeddi qanunsuz miqrantı saxlayıblar.
Zəruri prosedurlar tamamlandıqdan sonra bütün miqrantlar daha sonrakı tədbirlərin görülməsi üçün regional miqrasiya xidməti idarəsinə təhvil verilib.
