...

Türkmənistanda Üzeyir Hacıbəylinin operettası böyük rəğbətlə qarşılanıb (FOTO)

Mədəniyyət Materials 17 Noyabr 2025 09:24 (UTC +04:00)
Türkmənistanda Üzeyir Hacıbəylinin operettası böyük rəğbətlə qarşılanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata görə, Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa türkmən dilində nümayiş etdirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 1909-cu ildə yazılmış və Şərqin ilk operettası hesab olunan bu əsər Aşqabad səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tamaşanı izləyən Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi və onların ailə üzvləri sonda sənətçilərlə görüşərək, onlara gül dəstələri təqdim ediblər.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur.

“Ər və Arvad” əsəri ilə yanaşı, görkəmli bəstəkarımızın “Arşın mal alan” operettası da Aşqabadda müxtəlif teatr səhnələrində uğurla təqdim edilir və həm yerli, həm də xarici tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti