...

Çindən Azərbaycana səfər edən turistlərin sayında il ərzində yeni rekord gözlənilir - Lu Mey

Cəmiyyət Materials 17 Noyabr 2025 11:09 (UTC +04:00)
Çindən Azərbaycana səfər edən turistlərin sayında il ərzində yeni rekord gözlənilir - Lu Mey
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit inkişaf etmiş, ölkələrimiz qarşılıqlı etimada əsaslanan etibarlı dostlar və səmimi tərəfdaş olublar.

Trend xəbər verir ki, bu fikirləri bu gün Bakıda ilk dəfə Çinin 50-dən çox turizm şirkətinin və yerli turizm sənayesi üzvlərinin iştirakı ilə keçirilən “China Visitors Summit”də Çinin Bakıdakı səfiri Lu Mey deyib.

O bildirib ki, son illərdə Çin-Azərbaycan arasındakı əməkdaşlıq daha yüksək keyfiyyət və dinamika ilə irəliləyir: "Cari il Çin-Azərbaycan münasibətləri üçün məhsuldar il olub"

Səfir qeyd edib ki, qarşılıqlı vizasız rejim siyasəti sayəsində Azərbaycan tədricən Çin vətəndaşları üçün xaricə səyahət zamanı yüksək maraq doğuran istiqamətlərdən birinə çevrilir: "2024-cü ildə Azərbaycana səfər edən Çin turistlərinin ümumi sayı 44 798 nəfər olmuşdur, cari ilin ilk üç rübündə isə bu rəqəm artıq 49 939 nəfər təşkil etmiş, bu da keçən ilin ümumi dövrü ilə müqayisədə 11,5% artım deməkdir. İl ərzində isə yeni rekord gözlənilir".

L.Mey bildirib ki, Çinə səyahət edən Azərbaycan vətəndaşlarının sayı da artır, burada onlar Çin ənənəvi mədəniyyətinin zənginliyi və ölkənin müasir inkişaf nailiyyətləri ilə tanış ola bilirlər.

“Bu gün keçirilən Çin və Azərbaycan turizm şirkətləri Dialoqu iki ölkənin turizm dairələri tərəfindən dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür”, - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti