...

WUF13 forumunda 2500 könüllünün iştirakı gözlənilir

İqtisadiyyat Materials 17 Noyabr 2025 12:39 (UTC +04:00)
WUF13 forumunda 2500 könüllünün iştirakı gözlənilir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) təxminən 2500-ə yaxın könüllünün iştirakı gözlənilir.

Trend xəbər verir ki, bu barədə bu gün WUF13 Azərbaycan əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov diplomatik korpus üçün WUF13-ə həsr olunmuş brifinqdə bildirib.

“Dekabrın 5-də, Azərbaycanda Könüllülər günündə, Bakıda Könüllü Mərkəzini açmağı planlaşdırırıq”, -deyə o, bildirib.

Məmmədov qeyd edib ki, WUF13 çərçivəsində bütün sessiyaların, dəyirmi masaların və plenar iclasların keçirilməsi üçün təxminən 90 000 kv.m müvəqqəti infrastrukturun inşa olunması planlaşdırılır.

"Meydançanın ən vacib hissəsi – sərgidir. Onun sahəsi təxminən 35 000 kv.m təşkil edir," - deyə o bildirib.

Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti