...

“STEAM Azərbaycan” 300 mindən çox şagird, 400-dən çox məktəbi əhatə edir – İqrar Nəzərov

Cəmiyyət Materials 17 Noyabr 2025 12:10 (UTC +04:00)
“STEAM Azərbaycan” 300 mindən çox şagird, 400-dən çox məktəbi əhatə edir – İqrar Nəzərov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“STEAM Azərbaycan” layihəsi 300 mindən çox şagird, 400-dən çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur.

Trend xəbər verir ki, bu fikirləri bu gün “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov STEAM Azərbaycan Festivalının (SAF 2025) açılışında deyib.

Layihə rəhbəri bildirib ki, başlanğıcda 41 məktəb və 60 şagirdi əhatə edən layihə genişlənməkdədir və hazırda 400-dən çox ümumtəhsil müəssisəsində STEAM tədris olunur:

“Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. STEAM tədrisinə və STEAM məzmununun yaradılmasına başlayarkən ilk prioritetlərdən biri də bu qısa müddətdə təhsilin ixracı olub. Artıq Qazaxıstan, Özbəkistan və Türkmənistanda STEAM layihələrinin təlimlərinə və eyni zamanda, iki STEAM İnnovasiya Mərkəzinin qurulmasına nail olunub”.

İ.Nəzərov əlavə edib ki, festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onlardan 202 nəfəri xarici ölkələrdəndir. Ümumilikdə isə festivalda Azərbaycanla birgə 22 ölkə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti