...

Avrokomissar Avropa sərhədlərini ukraynalı hərbçilərin qorumasını təklif edib

Dünya xəbərləri Materials 17 Noyabr 2025 12:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Müdafiə üzrə ali komissarı Andryus Kubilyus Ukraynada münaqişə başa çatdıqdan sonra ukraynalı hərbçilərin Rusiya ilə həmsərhəd olan bütün Avropa İttifaqı ölkələrində yerləşdirilməsini təklif edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, ilk növbədə Litvadan başlamaq istədiyini vurğulayıb.

Avrokomissarın sözlərinə görə, bu addım Şərqi Avropa ölkələrinin kollektiv müdafiə zəmanətlərini təmin etməyə və əlavə təhlükəsizlik tədbirləri yaratmağa imkan verəcək.

Kubilyus bildirib ki, döyüş təcrübəsinə malik Ukrayna qoşunları Baltik ölkələrində Almaniya və dövrü olaraq rotasiya olunan ABŞ bölmələrinin yanına yerləşdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti