...

Vyetnamda torpaq sürüşməsi nəticəsində altı nəfər ölüb

Dünya xəbərləri Materials 17 Noyabr 2025 08:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vyetnamın mərkəzində yerləşən Xanhoa əyalətində dağ yolunda baş verən torpaq sürüşməsi ağır qəza ilə nəticələnib.

Trend xəbər verir ki, hadisə zamanı sərnişin avtobusunun uçması nəticəsində ən azı altı nəfər ölüb, 19 nəfər yaralanıb.

VnExpress-in məlumatına görə, faciə 16 noyabr axşamı 27C Milli Magistral Yolundakı Xanle Aşırımında qeydə alınıb. Güclü yağışların yaratdığı sürüşmə 32 sərnişin daşıyan avtobusun üzərinə çöküb. Torpaq və qayaların yolu bağlaması səbəbindən xilasedicilərin hadisə yerinə çatması iki saatdan çox vaxt aparıb.

Xilasetmə əməliyyatları bazar ertəsi səhəri də davam etdirilib. Lakin güclü yağış və yeni sürüşmə riski işləri çətinləşdirir.

Xəbər lenti

Xəbər lenti