Bakı.Trend:
Ağstafada kişini qohumunun evində tok vurub.
Trend xəbər verir ki, hadisə Ağstafa rayonunun Düzqışlaq kəndində noyabrın 15-i qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Vəli Zeynalov saat 22 radələrində qohumuna məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən su matorunu təmir edərkən elektrik vurması nəticəsində həyatını itirib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
