Bakı. Trend:
Ekvadorun mərkəzində avtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Trend xəbər verir ki, məlumatı ölkənin Risklərin İdarə Edilməsi Departamenti açıqlayıb.
Departamentin məlumatına görə, Simiatuq qraflığında baş verən qəza zamanı nəqliyyat vasitəsi yoldan çıxaraq dərin dərəyə yuvarlanıb. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. Məlumatı "Expreso" qəzeti yayıb.
