...

İsrail Livanın cənubuna dron zərbəsi endirib - IDF

Dünya xəbərləri Materials 17 Noyabr 2025 11:40 (UTC +04:00)
İsrail Livanın cənubuna dron zərbəsi endirib - IDF
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu ötən gecə Livanın cənubunda hava əməliyyatı keçirib. Əməliyyatın gedişində drondan endirilən zərbə nəticəsində Hizbulla vəzifəlilərindən biri zərərsizləşdirilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələri (IDF) təsdiqləyib.

Mansuri kəndi yaxınlığında zərərsizləşdirilmiş Hizbullah üzvünün Məhəmməd Əli Şuveyx olduğu bildirilir.

İddiaya görə, o Hizbullah hərəkatının yerli nümayəndəsi olub.

IDF bildirir ki, öldürülən şəxs terrorçu qruplaşma ilə sakinlər arasında iqtisadi və hərbi məsələlərdə əlaqələndirməni həyata keçirməklə məşğul olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti