...

WUF13-ün Bakıda keçiriləcək məkanı açıqlanıb

İqtisadiyyat Materials 17 Noyabr 2025 11:43 (UTC +04:00)
WUF13-ün Bakıda keçiriləcək məkanı açıqlanıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas tədbir məkanı Bakı Olimpiya Stadionu olacaq.

Trend xəbər verir ki, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev diplomatik korpus üçün WUF13-ə həsr olunmuş brifinqdə bildirib.

“COP29 zamanı müəyyən edilmiş təşkilati standartlara uyğun olaraq, WUF13 bütün iştirakçılar üçün asan əlçatanlıq, səmərəli logistika və əvəzolunmaz qonaqpərvərlik təmin edəcək”, - deyə o bildirib.

Quliyev qeyd edib ki, dünya misli görünməmiş sürətlə urbanizasiya olunur.

“Bu sürətli transformasiya firavanlıq, innovasiya və inkişaf üçün imkanlar yaradır, eyni zamanda mənzil təminatı, infrastruktur, iqlim dəyişikliyinə dayanıqlıq və sosial inklüzivliklə bağlı ciddi çağırışlar ortaya qoyur. Son illərdə bir çox beynəlxalq platformalar urbanizasiya və iqlim dəyişikliyi kəsişməsinə daha çox diqqət yetirir,” – deyə o vurğulayıb.

Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti