...

Bu ilin 10 ayında proaktiv doğum müavinətlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Noyabr 2025 10:20 (UTC +04:00)
Bu ilin 10 ayında proaktiv doğum müavinətlərinin sayı açıqlanıb

Bakı. Trend

2025-ci ilin yanvar-oktyabr ayları ərzində 65 004 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, müavinət ödənişləri 30 552 nəfər qız, 34 452 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 89 809 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Müavinət ödənişləri 42 112 nəfər qız, 47 697 nəfər oğlan uşağına görə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti