...

Bu gün suverenliyin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir – XİN

Gündəm Materials 17 Noyabr 2025 10:16 (UTC +04:00)
Bu gün suverenliyin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir – XİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərk prosesində, azadlıq və dövlətçilik uğrunda mübarizəsində mühüm tarixi mərhələ olub.

Trend xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyin “X” hesabındakı paylaşımda öz əksini tapıb.

Bildirilib ki, bu gün xalqımız birliyini, milli iradəsini və müstəqillik əzmini nümayiş etdirərək dövlət suverenliyimizin bərpasına aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi və sosial inkişafının təmin olunması, eləcə də beynəlxalq müstəvidə prinsipial və fəal siyasətin həyata keçirilməsi istiqamətində ardıcıl səylərini davam etdirir.

Bu bayram münasibətilə xalqımıza rifah, əmin-amanlıq və davamlı inkişaf arzulayırıq”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti