...

Azad edilmiş ərazilərdə daha 2 894 hektar ərazi minalardan təmizlənib

Cəmiyyət Materials 17 Noyabr 2025 12:40 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 2 894 hektar ərazi minalardan təmizlənib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (01.11.2025-16.11.2025) məlumat açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 265 piyada əleyhinə mina, 127 tank əleyhinə mina, 3207 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Vurğulanıb ki, 2894.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti