...

Pirəkəşkül və Ağdərədə döyüş sursatları məhv ediləcək

Cəmiyyət Materials 17 Noyabr 2025 10:30 (UTC +04:00)
Pirəkəşkül və Ağdərədə döyüş sursatları məhv ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 17-21 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti