Bakı. Trend:
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə Trend ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
“Dövlət Katibinin müavini Huker 15–21 noyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq”, - Dövlət Departamentinin saytında bildirilib.
Planlaşdırılan səfərin təfərrüatları barədə məlumat verilmir.
