...

WUF13 çərçivəsində Bakıda yeni şəhər gündəliyi üzrə nazirlərin yüksək səviyyəli iclası keçiriləcək

İqtisadiyyat Materials 17 Noyabr 2025 12:43 (UTC +04:00)
WUF13 çərçivəsində Bakıda yeni şəhər gündəliyi üzrə nazirlərin yüksək səviyyəli iclası keçiriləcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il mayın 17-də Azərbaycan ərazisində 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində yeni şəhər gündəliyi ilə bağlı nazirlərin xüsusi yüksək səviyyəli iclası keçiriləcək.

Trend xəbər verir ki, bunu bu gün BMT-nin Məskunlaşma Proqramının xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru Edlam Yemeru Bakıda diplomatik korpus üçün WUF13-ə həsr olunmuş brifinqdə bildirib.

“Məhz burada üzv dövlətlərlə sıx əməkdaşlığa ümid edirik”, - deyə o bildirib.

Yemeru eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun ən dinamik məkanlarından biri olan, müxtəlif tərəfdaşlar, üzv dövlətlər və qurumların müxtəlif məsələlər üzrə öz həllərini və nailiyyətlərini nümayiş etdirə biləcəyi Urban Expo sərgisinin keçiriləcəyini diqqətə çatdırıb.

O əlavə edib ki, WUF13 ərəsəfində Bakıda Şəhərsalma Həftəsinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti