Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Mariana Kuyundžić ilə Aİ-Azərbaycan tərəfdaşlıq prioritetlərini müzakirə etdik. Ölkənin strateji inkişaf məqsədləri və 2024-cü il üçün Aİ-nin Azərbaycan üçün Maliyyələşdirmə Sazişi ilə bağlı fikirlərimizi bölüşdük", - nazir əlavə edib.
Qeyd olunur ki, birgə fəaliyyətlər çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşdırma sahələrində əməkdaşlığın şaxələndirilməsi üçün təşəbbüslər və imkanlar vurğulanıb.
