Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə hərbi yardımın göstərilməsi haqda saziş imzalayıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, imzalanma prosesi Parisdə yerləşən Villakubl aviabazasında baş tutub. Sənədin təfsilatları açıqlanmayıb.
KİV-lər yazır ki, saziş ilk növbədə Ukrayna ordusunun fransız “Rafale” qırıcılarının tədarükü ilə bağlıdır.
Kiyev Fransadan azı 100 “Rafale” qırıcısı almağa ümid edir.
