...

Bakı “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025”ə ev sahibliyi edib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2025 14:09 (UTC +04:00)
Bakı “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025”ə ev sahibliyi edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” (ITU Global Youth Celebration 2025) uğurla keçirilib.

Milli Aviasiya Akademiyasından Trend-ə verilən məlumata görə, tədbirin məqsədi gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını genişləndirmək, innovativ təşəbbüslərini dəstəkləmək və onların texnoloji ekosistemdə rolunu gücləndirməkdir.

Sammit çərçivəsində Milli Aviasiya Akademiyasında (MAA) gənc peşəkarlar üçün İKT vasitəsilə bərabər imkanların yaradılmasına həsr edilmiş interaktiv sessiya təşkil olunub. Sessiyada çıxış edən məruzəçilər gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsində fəal iştirakının, habelə kosmik sənaye və qabaqcıl texnologiyaların qlobal inkişaf məqsədlərinə töhfəsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Konfrans iştirakçıları daha sonra MAA-nın "Təlim Mərkəzində" uçuşları tam imitasiya edən simulyatorlarla tanış olmuş, onların iş prinsipləri barədə ətraflı məlumat əldə ediblər. Həmçinin Elm və İstehsalat Birliyinin “Texnoritm” mərkəzində hazırlanan Pilotsuz Uçuş Aparatları, Dronlar və müxtəlif təyyarə modelləri nümayiş etdirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tələbə Yaradıcılıq Evində qurulan yeni laboratoriya kompleksi də sammit iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Tədbir gənc innovatorları, startapçıları və sənaye liderlərini bir araya gətirərək rəqəmsal gələcəyin yaradılmasında gənclərin potensialını ön plana çıxarmağa yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti