...

"Digital Silk Way” layihəsi Azərbaycanın beynəlxalq rəqəmsal əlaqəliliyini gücləndirəcək - BERİ baş katibi

Telekommunikasiya Materials 17 Noyabr 2025 14:20 (UTC +04:00)
"Digital Silk Way” layihəsi Azərbaycanın beynəlxalq rəqəmsal əlaqəliliyini gücləndirəcək - BERİ baş katibi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

“AzerTelecom” tərəfindən gerçəkləşdirilən “Digital Silk Way” layihəsi Azərbaycanın beynəlxalq rəqəmsal əlaqəliliyini gücləndirəcək.

Trend xəbər verir ki, bunu bu gün Beynəlxalq Elektrik Rabitə İttifaqının (BERİ) baş katibi Dorin Boqdan-Martin Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında (“WTDC-25”) çıxışında söyləyib

“Yeni optik-lifli magistral kanal vasitəsilə Azərbaycanın Gürcüstanla və oradan da Avropa ilə birləşdirən Digital Silk Way layihəsi, gözlənildiyi kimi ölkənin beynəlxalq əlaqəliliyini və rəqəmsal infrastrukturunun dayanıqlığını daha da artıracaq”, – deyə o qeyd edib.

BERİ baş katibi vurğulayıb ki, “Rəqəmsal Azərbaycan 2030” strategiyası bulud xidmətlərinə, ağıllı infrastrukturun qurulmasına, süni intellekti dəstəkləyə bilən məlumat mərkəzlərinə yatırılan sərmayələr vasitəsilə rəqəmsal transformasiyanı stimullaşdırır.

“Düşünürəm ki, bu kimi təşəbbüslər qlobal əlaqəliliyin gücünü və əhəmiyyətini həqiqətən nümayiş etdirir. Bu, WTDC-25-in birləşdirici mövzusudur və biz növbəti iki həftə ərzində qlobal rəqəmsal inkişaf gündəmini formalaşdırmaq üçün məhz bu mövzu ətrafında toplaşacağıq”, – deyə Dorin Boqdan-Martin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti