...

Azərbaycan dayanıqlı şəhər inkişafı üzrə aydın baxış nümayiş etdirir - UN HABITAT

İqtisadiyyat Materials 17 Noyabr 2025 14:14 (UTC +04:00)
Azərbaycan dayanıqlı şəhər inkişafı üzrə aydın baxış nümayiş etdirir - UN HABITAT
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində aydın və güclü baxış nümayiş etdirir.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru WUF13 çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək ölkə və şəhərin seçimi ciddi və rəqabətli prosedur əsasında həyata keçirilir. Maraq göstərən şəhər və ölkələr UN-HABITAT-a müraciət və təkliflərini təqdim edir və qurum onları hərtərəfli qiymətləndirir. Əsas meyarlar sırasında şəhər və ölkənin dayanıqlı şəhərsalma, əlçatan mənzil təminatı və bu sahəyə aid məsələlərə sadiqliyi dayanır”, - deyə o bildirib.

Onun sözlərinə görə, həmçinin forum iştirakçılarının yüksək səviyyədə qəbulu üçün şəhər və dövlətin logistika və infrastruktur imkanları da qiymətləndirilir.

“Bu göstəricilər əsasında müəyyən edilib ki, Bakı və Azərbaycan bütün tələblərə tam uyğun gəlir. Biz Bakı və bütövlükdə ölkənin dayanıqlı şəhər inkişafı və adekvat mənzil təminatı sahəsində aydın və güclü baxış nümayiş etdirdiyinə inanırıq”, - deyə Edlam Yemeru vurğulayıb.

O forumun keçirilməsi üçün Bakının unikal şəhər və məkan olduğunu diqqətə çatdırıb.

“Burada mədəniyyət və müasirlik, ənənə və innovasiya harmonik şəkildə vəhdət halına gəlir . Bu isə o deməkdir ki, şəhər dayanıqlı inkişaf sahəsində çoxsaylı perspektivli həllər təklif edə bilər. Məhz buna görə Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun ev sahibi seçilib”, – deyə o söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti