Bakı. Trend:
Hazırda Xəzər dənizində kabelin keçəcəyi dib ərazisində marşurutun analizləri yekunlaşıb. Yaxın zamanlarda bu işləri həyata keçirən şirkət tərəfindən hesabat layihəni həyata keçirən operatorlara təqdim ediləcək.
Trend xəbər verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kabelin istehsalı 2026-cı ilin yay aylarına qədər bitəcək və gələn ilin həmin dövründə nəzərdə tutulmuş marşurut üzrə Qazaxıstandan Azərbaycana Xəzər dənizinin dibi ilə fiber-optik kabel xətti çəkiləcək:
"Gələn ilin sonunadək kabelin çəkilişi üzrə işlərin yekunlaşması və kabelin istifadəyə verilməsi nəzərdə tutulur".
