...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 17 Noyabr 2025 12:13 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10 dərəcədən 14, gündüz 16 dərəcədən 19 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8 dərəcədən 12, gündüz 16 dərəcədən 21, dağlarda gecə 0 dərəcədən 4, gündüz 7 dərəcədən 12 dərəcəyə qədər isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti