...

Çinli tur operatorları Azərbaycana yeni tur paketləri hazırlayır

Cəmiyyət Materials 17 Noyabr 2025 12:36 (UTC +04:00)
Çinli tur operatorları Azərbaycana yeni tur paketləri hazırlayır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Çinli tur operatorları Azərbaycanda topladıqları təcrübə və məlumatları istifadə edərək ölkəyə yönəlmiş yeni tur paketləri təqdim etməyi planlaşdırırlar.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda ilk dəfə təşkil edilən “China Visitors Summit”də deyib.

O vurğulayıb ki, bu təşəbbüs Çin və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığı daha da gücləndirir:

"Bu platforma hər iki ölkənin turizm sənayesi arasında insanların qarşılıqlı əlaqələrini daha da möhkəmləndirir. Bu il Çində keçirilən tədbirlər arasında məhz bu görüşün təsiri xüsusilə diqqət çəkir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti