...

Bakıda "STEAM Azerbaijan" Beynəlxalq Festivalının açılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2025 11:44 (UTC +04:00)
Bakıda "STEAM Azerbaijan" Beynəlxalq Festivalının açılış mərasimi keçirilib (FOTO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın “17-də Baku Expo Center”də Azərbaycan Elm və Təhsil Nazirliyinin və “STEAM Azərbaycan” layihəsinin dəstəyi ilə təşkil olunan Beynəlxalq STEAM Festivalının (SAF 2025) açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, mərasimdə Elm və Təhsil Naziri Emin Əmrullayev, dövlət orqanlarının nümayəndələri, parlament deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri, KİV nümayəndələri, həmçinin tanınmış ictimai xadimlər iştirak ediblər.

Festival STEAM təhsilinin təşviqi, beynəlxalq təcrübənin mübadiləsi və şagirdlər ilə gənc mütəxəssislərin innovativ layihələrinin nümayişi məqsədini daşıyır.

SAF 2025 ənənəvi olaraq istedadlı gəncləri, müəllimləri və ekspertləri bir araya gətirir, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində müasir tendensiyaların müzakirəsi üçün platforma yaradır.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti