...

Gəncədə möhtəşəm idman coşqusu başa çatdı (FOTO)

İdman Materials 17 Noyabr 2025 21:58 (UTC +04:00)
Gəncədə möhtəşəm idman coşqusu başa çatdı (FOTO)

Bakı. Trend:

14–16 noyabr tarixlərində qədim Gəncə şəhəri daha bir mötəbər yarışa ev sahibliyi edib. Aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı uğurla başa çatıb.

Trend xəbər verir ki, 3 gün davam edən yarışda 18 ölkədən 151 gimnast müxtəlif kateqoriyalar üzrə: fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında öz çıxışlarını nümayiş etdiriblər.

Yarışın ikinci təsnifat gününün sonunda komanda hesabında mükafatlandırma baş tutub. Mükafatlandırmada 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə isə İspaniya qərarlaşıb.

İkinci təsnifat gününün nəticələrinə əsasən gimnastlar final mərhələsinə vəsiqə qazana biliblər. Finala vəsiqə qazananlar arasında qarışıq cütlüyümüz - Mədinə Mustafayeva və Vladimir Dolmatov da yer alıb.
Final günündə bütün kateqoriyalar üzrə finalçıların çıxışları sərgilənib və ən yaxşılar Avropa çempionu adını qazanıb.

Aerobika gimnastikası üzrə favorit cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov Avropa çempionu adını qazanaraq 1-ci yerin sahibi olublar.

Yarış müddətində idmançılar kimi tamaşaçılar da birlik nümayiş etdiriblər.
Komandalarla azarkeşlərin ortaq coşqusu bütün yarış boyunca komanda ruhunu və həmrəyliyi ön plana çıxarıb. Tamaşaçıların dəstəyi idmançılara əlavə güc verib və yarışı daha yaddaqalan edib.

Son olaraq, ölkəmizə gələn bütün nümayəndələr, idmançılar və tamaşaçılar Gəncənin və Gəncə İdman Sarayının çox gözəl və müasir olduğunu, insanların isə səmimi və qonaqpərvər davrandığını vurğulayıblar. Həmçinin gimnastika sahəsinə xüsusi önəm verildiyini və yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Çempionat boyunca Avropa Gimnastikasının maskotu “Luigi” də həm idmançılara dəstək olub, onları motivasiya edib, həm də tamaşaçılarla əyləncəli müsabiqələr keçirib.

Xəbər lenti

Xəbər lenti