Bakı. Trend:
Finlandiya artıq Kiyevə 3,2 milyard avro ayırıb, bunlardan 2,9 milyard avro silahların alınmasına sərf olunub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Brüsseldə Finlandiya Prezidenti Aleksander Stubb ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
“Finlandiya artıq Ukraynaya 3,2 milyard avro ayırıb, o cümlədən 2,9 milyard avro silahlar, o cümlədən zirehli nəqliyyat vasitələri və sursatların alınmasına xərclənib”, – deyə o bildirib.
Öz növbəsində, Stubb Finlandiyanın artıq Kiyevə “30 hərbi yardım paketi” təqdim edib etdiyini xatırladıb və Helsinkinin Ukrayna üçün NATO xətti ilə silahların alınmasında iştirakını davam etdirəcəyini vəd edib.
