...

Albaniya Avropa İttifaqına üzvlük prosesinin sonuncu mərhələsi üzrə danışıqlara başlayıb

Dünya xəbərləri Materials 17 Noyabr 2025 14:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı və Albaniya bu ölkənin Aİ-yə qəbul prosesi çərçivəsində 16 ildir davam edən sonuncu - beşinci mərhələsinə aid danışıqlara başlayıblar.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropanın genişlənmə məsələləri üzrə avrokomissarı Marta Kos Albaniyanın baş naziri Edi Rama ilə keçirdiyi mətbuat konfransında deyib.

Bundan əvvəl Avropa Komissiyası Albaniyanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları 2027-ci ilin sonunadək tamamlamağa niyyətli olduğunu açıqlamışdı.

Albaniya Aİ-yə üzvlük prosesinə 2009-cu ildə başlayıb, onun qəbuluna dair danışıqlar isə 2010-cu ildə başlanıb. Proses beş klaster üzrə birləşdirilmiş 33 danışıqlar bölməsinə ayrılıb. Bu bölmələr ölkənin həyatının bütün sahələrini əhatə edir və həmin istiqamətlər üzrə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyi ilə tam uyğunlaşdırılması tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti