...

NATO qırıcıları Estoniyada aşağı yüksəkliklərdə manevrlər həyata keçirəcək

Dünya xəbərləri Materials 17 Noyabr 2025 16:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO qırıcıları 17-23 noyabr tarixlərində Estoniya üzərində silsilə təlim uçuşları həyata keçirəcəklər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, manevrlər yerli vaxtla 10:00-22:00 saatları ərzində aşağı yüksəkliklərdə (yüksəkliyin yerdən 152 metrdən az olmaması şərtilə) həyata keçiriləcək

Təlimlərdə qırıcılar Baltik respublikanın mülki aviasiya xidməti ilə əlaqələndirilmiş şəkildə səs sürətini üstələyən uçuş manevrləri yerinə yetirəcəklər.

Qeyd edək ki, Estoniyanın öz hərbi aviasiyası olmadığından onun hava məkanına nəzarət NATO-dan olan müttəfiqləri tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti