Bakı. Trend:
1991-2023-cü illər ərzində təbii fəlakətlər qlobal səviyyədə kənd təsərrüfatına ümumilikdə 3,26 trilyon ABŞ dolları – orta hesabla ildə 99 milyard ABŞ dolları ziyan vurub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd olunub.
“Hesabatda bu günə qədər təbii fəlakətlərin (quraqlıq, daşqınlar, qasırğalar, zərərvericilərin basqınları, okeandakı anormal istilik dalğaları və s.) ərzaq stehsalında yaratdığı fasilələrin ən dolğun qlobal qiymətləndirməsi təqdim olunur . Hesablamalara görə, 33 il ərzində fəlakətlərin dünya kənd təsərrüfatına vurduğu zərər 3,26 trilyon ABŞ dolları, yəni orta hesabla ildə 99 milyard ABŞ dolları təşkil edib, bu göstəricinin isə dünya kənd təsərrüfatı ÜDM-nin təxminən 4%-ə bərabər olduğu qiymətləndirilir”, – deyə hesabatda bildirilib.
