...

Filippində təbii fəlakət qurbanlarının sayı 300-ə yaxınlaşır

Dünya xəbərləri Materials 17 Noyabr 2025 16:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippində baş verən Kalmaegi qasırğası və “Fanq Vonq” super tayfunu nəticəsində ölənlərin sayı 297-yə yüksəlib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippinin Fövqəladə Halların İdarə Edilməsi və Fəsadlarının aradan qaldırılması üzrə Milli Şurası (NDRRMC) məlumat yayıb.

Son məlumata görə, Kalmaegi qasırğası səbəbindən 269 nəfər həyatını itirib. Fəlakət qurbanlarının əksəriyyəti Sebu əyalətində, Neqros adasında, eləcə də Qərbi Visayas və Şərqi Visayas regionlarında aşkarlanıb. Daha 523 nəfər isə xəsarət alıb, 113 nəfər itkin düşüb.

“Fanq Vonq” super-tayfununa gəlincə, bu təbii fəlakət 28 nəfərin həyaına son qoyub. Meyitlərin çoxu Luzon adasının şimalında yerləşən İfuqao əyalətində aşkarlanıb. 52 nəfər xəsarət alıb, daha 2 nəfərin axtarışları isə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti