...

İtaliyada “Louis Vuitton” mağazası qarət olunub

Dünya xəbərləri Materials 17 Noyabr 2025 16:17 (UTC +04:00)
İtaliyada “Louis Vuitton” mağazası qarət olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada dəbdəbəli “Louis Vuitton” brendinin mağazası qarət olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, üzlərində maska olan azı 3 cinayətkar avtomobillə metal jalüz qapılarını dağıdaraq, mağazanın anbarına daxil olublar.

Oğruların binadakı bütün satış məhsullarını qarət etdikləri bildirilir. Oğurlanmış malların ümumi məbləği hələ ki, tam hesablanmayıb. Hazırda hadisə yerində müstəntiqlər işləyir. Oğruların kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti