...

"Şəfəq-Asiman" yatağı ilə bağlı kəşfiyyat işlərini davam etdirməyi planlaşdırırıq - Bəxtiyar Aslanbəyli

Energetika Materials 17 Noyabr 2025 16:55 (UTC +04:00)
"Şəfəq-Asiman" yatağı ilə bağlı kəşfiyyat işlərini davam etdirməyi planlaşdırırıq - Bəxtiyar Aslanbəyli
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

BP "Şəfəq-Asiman" qaz yatağı ilə bağlı növbəti mərhələdə kəşfiyyat işlərini davam etdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Posttravmatik stres pozuntusu (PTSP) hallarında Koqnitiv İşlənmə Terapiyası” kitabının təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, BP "Şəfəq-Asiman" qaz yatağı ilə bağlı növbəti mərhələdə kəşfiyyat işlərini davam etdirmək niyyətindədir:

"Həmin yataqda planlama mərhələsindəyik. Yəni kəşfiyyat işlərinin hansı qazma qurğusu üzərindən həyata keçirilməsi və digər layihələrlə razılaşdırılması mərhələsindəyik".

"Qazma qurğusu digər layihədən azad olunduqdan sonra həmin qurğu "Şəfəq-Asiman" qaz yatağında istifadə olunacaq", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti