Bakı. Trend:
Filippinin paytaxtı Manilada infrastruktur layihələrinin həyata keçirilməsində korrupsiya hallarına qarşı keçirilən kütləvi etiraz aksiyasının ilk günündə 650 mindən çox insan iştirak edib, aksiyanın ikinci günündə isə 300 mindən çox insan küçələrə çıxıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, aksiya iştirakçılarının çoxu çadırlarda gecələyib. Hakimiyyətin məlumatına əsasən, bazar ertəsi saat 16:00-a (Bakı vaxtı ilə 11:00) olan vəziyyətə görə mitinqdə artıq təxminən 300 min nəfər iştirak edirdi. Asayişə 16 mindən çox polis əməkdaşı nəzarət edir.
Manilada dövlət infrastruktur layihələrində korrupsiyaya qarşı keçirilən mitinq 18 noyabra qədər davam edəcək. Aksiyanın təşkilatçıları və iştirakçılar ölkədə daşqınlarla mübarizə layihələrində baş vermiş korrupsiya qalmaqalının şəffaf şəkildə araşdırılmasını tələb edir, həmçinin vəsaitlərin mənimsənilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb olunmasına çağırırlar.
