Bakı. Trend:
Süni intellektə tələbin artması səbəbilə dünyanın hər yerində smartfonların qiyməti bahalaşacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin “Sina” agentliyi məlumat yayıb.
Agentliyin mütəxəssislərinin bildirdiyinə görə, Çin smartfon istehsalçıları yaddaş modullarının alınmasında çətinliklərlə üzləşirlər. Süni İntellektdə məlumatların emalı üçün yaddaşa ehtiyac olduğundan, mikroçiplərə tələb çox artıb.
Smartfon istehsal edən adı açıqlanmayan Çin korporasiyasının nümayəndəsi bildirib ki, gələcəkdə ya cihazların göstəricilərini zəiflətmək, ya da onların qiymətini artırmaq lazım gələcək.
Agentliyin məlumatına əsasən, ən böyük flaş-yaddaş blokları istehsalçıları - “Micron”, “Samsung” və “Kioxia”- avadanlıqlarının qiymətini artırmaq üçün NAND modullarının istehsalını azaldıblar. Bunun isə onların məhsullarının bazar qiymətinin 2026-cı ildə əhəmiyyətli bahalaşacağını deməyə əsas verir.
