Bakı.trend:
Qubada qəza baş verib, 40 yaşlı Hindistan vətəndaşı ölüb.
Trend-in məlumatına görə, hadisə noyabrın 17-də baş verib.
Belə ki, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 149-cu kilometrliyində Sumqayıt şəhər sakini 27 yaşlı Ü.Həsənzadə idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyadanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 40 yaşlı Hindistan Respublikasının vətəndaşı Khan Mansoor Faizulla xəstəxanada ölüb.
Araşdırma aparılır.
