Bakı. Trend:
Yaxın Şərqdə atəşkəs razılaşmasının əldə olunması ilə əlaqədar Almaniya gələn həftədən etibarən bəzi silah növlərinin İsrailə ixracına qoyulmuş məhdudiyyəti aradan qaldıracaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kanslerinin sözçüsü Stefan Kornelius açıqlama verib.
Qərara əsasən, avqust ayında dayandırılmış ixrac 24 noyabrdan etibarən bərpa olunacaq.
“Hökumət, silah ixracına dair qərarlarda hər bir müraciəti ayrıca nəzərdən keçirəcək və gələcək inkişaflara uyğun reaksiya verəcək”, – deyə almaniyalı hökumət nümayəndəsi bildirib.
Korneliusun sözlərinə görə, Almaniya İsrail və HƏMAS arasında qüvvəyə minən atəşkəs son həftələrdə sabitləşib. O, həmçinin Qəzzaya humanitar yardımın artırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səyləri vurğulayıb.
Qeyd edək ki, məhdudiyyət yalnız Qəzza ərazisində istifadə oluna biləcəyi ehtimal edilən silah və sistemləri hədəfləyirdi, lakin İsrailin xarici təhdidlərə qarşı özünümüdafiəsi üçün zəruri olan ixracın davam etməsinə imkan verirdi.
Almaniya İsrailə silah ixracında ABŞ-dən sonra ikinci ən böyük tədarükçü olaraq qalır.
