...

Qəbələdə tövlədə yanğın olub, 10 ton ot bağlaması yanıb (VİDEO)

Hadisə Materials 17 Noyabr 2025 17:41 (UTC +04:00)
Qəbələdə tövlədə yanğın olub, 10 ton ot bağlaması yanıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Bildirilib ki, yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və damına yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb.

Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti