...

Bakıda kondisioner və inşaat materialları oğurlayan şəxslər saxlanıldı

Cəmiyyət Materials 17 Noyabr 2025 15:21 (UTC +04:00)
Bakıda kondisioner və inşaat materialları oğurlayan şəxslər saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən özəl şirkətlərin birinə məxsus ofisdən kondisioner oğurlanıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Z.Allahverdiyev, əvvəllər məhkum olunmuşlar - 49 yaşlı S.Səlimov və 37 yaşlı P.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Pirallahı rayonunda isə vətəndaşa məxsus evin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən 45 yaşlı R.Əbdülrəhmanov tutulub.

Faktlar üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti