...

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib - AYNA

Cəmiyyət Materials 17 Noyabr 2025 15:47 (UTC +04:00)
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib - AYNA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Gəncə–Qazax, Qazax–Gəncə, Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı), Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Qazax–Gəncə marşrutu üzrə fiziki şəxslər Yolçuyev Samir Rəfayıl oğlu, Bəndəliyev Ayaz Müslüm oğlu və Mirzəyev Xəyal Vəli oğlu;

Aşağı Ağasıbəyli (Samux) – Gəncə (Dəmiryol vağzalı) marşrutu üzrə fiziki şəxs Abbasov Vüsal Fazil oğlu;

Alıuşağı (Samux) – Gəncə (Dəmiryol vağzalı) və Düzqışlaq (Şəmkir stansiyası) – Gəncə (avtovağzal) marşrutları üzrə hüquqi şəxs “Simurq Kompani” ASC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti