...

Şəkərdən tam imtina orqanizmə xeyirdən daha çox ziyan vurur - Qastroenteroloqdan xəbərdarlıq

Dünya xəbərləri Materials 17 Noyabr 2025 14:55 (UTC +04:00)
Şəkərdən tam imtina orqanizmə xeyirdən daha çox ziyan vurur - Qastroenteroloqdan xəbərdarlıq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəkərdən tam imtina insan sağlamlığına fayda verməkdən daha çox, ciddi zərər vura bilər.

Trend xəbər verir ki, bunu qastroenteroloq Megan Rossi Britaniya nəşrinə müsahibəsində bildirib.

Rossinin sözlərinə görə, şəkəri, o cümlədən onun alternativlərini (meyvə-tərəvəzi, və s.) tamamilə rasiondan çıxarmaq heç də asan deyil.

“Bunların hamısını menyudan çıxarmaq təhlükəlidir, çünki bu, avitaminoza, antioksidant çatışmazlığına, metabolizmin və psixi sağlamlığın pozulmasına səbəb ola bilər”,- həkim xəbərdarlıq edib.

Mütəxəssis qeyd edib ki, şirniyyat və desertlərdəki şəkər təbii məhsullardakı şəkər qədər təhlükəlidir.

Onun sözlərinə görə, şəkər az miqdarda zərərsizdir, lakin artıq istifadə olunduqda piylənmənin və onunla bağlı digər sağlamlıq problemlərinin inkişafına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti