...

Ermənistanda Karapetyana məxsus elektrik şəbəkəsinin lisenziyası ləğv edilib

Dünya xəbərləri Materials 17 Noyabr 2025 15:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası (KXTK) 17 noyabr tarixli iclasında İrəvanda həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyana məxsus olmuş “Ermənistan Elektrik Şəbəkəsi” şirkətini lisenziyadan məhrum edib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, iclasın yayımını yerli telekanallar həyata keçiriblər.

Şirkətin lisenziyadan məhrum edilməsinə komissiya üzvlərindən beşi arasından dördü səs verib.

Komissiya tərəfindən təqdim olunan layihəyə əsasən, qərar 21 noyabr 2025-ci ildə qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti