...

Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edənlər saxlanılıblar

Gündəm Materials 17 Noyabr 2025 15:09 (UTC +04:00)
Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edənlər saxlanılıblar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək “Tofaş” markalı avtomobilinin naməlum şəraitdə qaçırıldığını bildirib.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Əliyev avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayonun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18 yaşlı Ə.Mürsəlov tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti