...

"WTDC-25"də qəbul edilən qərarlar Orta Dəhlizin rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək - Nazir müavini

Telekommunikasiya Materials 17 Noyabr 2025 15:23 (UTC +04:00)
"WTDC-25"də qəbul edilən qərarlar Orta Dəhlizin rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında (WTDC-25) qəbul edilən qərarlar Orta Dəhlizin rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Konfransda müzakirə olunan mövzular, əslində, həm Orta Dəhlizdə iştirak edən ölkələrin sözügedən marşurutun rəqəmsallaşdırılmasına, həm də ümumilikdə növbəti dörd il ərzində digər sahələrdə rəqəmsallaşma, innovasiya və yeni texnologiyaların tətbiqi kimi mühüm istiqamətlərə birbaşa təsir göstərəcək. Burada qəbul edilən qərarlar bu sahələrin inkişafına, o cümlədən Orta Dəhlizin rəqəmsallaşdırılmasına mühüm töhfə verəcək və qeyd etdiyim prioritetlərin istiqamətinin müəyyənləşdirilməsində əsas rol oynayacaq", - nazir müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti