Bakı. Trend:
PKK terror təşkilatının silahlı birləşmələri İraqın şimalındakı Zap bölgəsindən tamamilə çəkilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, PKK bu barədə rəsmi açıqlama yayıb.
Təşkilatın bəyanatında vurğulanıb ki, geri çəkilmə “kürd məsələsi"nin sülh yolu ilə həllinə və Türkiyədə demokratik proseslərin irəliləməsinə real töhfə verəcək.